- +994774800109
- AMEA YTP, Bakı, 622-ci küçə, 9
Qablaşma: 750ml, 5L
›› Kataloq › Professional klining › Döşəmə təmizləyiciləri › Proline Comfort Extra
PROLİNE Comfort Extra
Üstünlükləri:
●Qələviyə davamlı bütün növ doşəmə səthlərindən ağır çirklənmələrin təmizlənməsi ücün effektiv vasitə
●Tərkibində az köpüklü səthi aktiv maddələr olduğuna görə həm əllə yumada, həm də avtomatik döşəmə yuyan maşınlarda istifadə etmək olar
●Yüksək yuyucu və yağ sökücü xassəsi var. Səthə yenilik görüntüsü verir
●Gündəlik istifadəyə yarayır
●Vasitə tam bioloji parcalanandır
İstifadə qaydaları:
Əl ilə yuma: konsentrasiya 20qr/10litr su (0,2%).
Avtomatik yuma: konsentrasiya 20qr/10 litr su (0,2%). Çirklənmənin dərəcəsidən asılı olaraq konsentrasiya 0,2-1% arasında dəyişə bilər.
İşlətməzdən öncə nəzərə carpmayan hissədə səthin məhsula dayanıqlığını yoxlamaq lazımdır.
Xüsusiyyətləri:
Tərkibi: Distillə olunmuş su, qeyri-ion SAM (> 5%, <15%), komplekson (<5%), funksional qatqılar, suda həll olan həlledicilər.
Saxlama şərtləri: -30˚С ; +30˚С temperaturda orijinal qablaşma saxlanılmalıdır. Donmasına yol verilir. Dondugu halda otaq temperaturuna qeder isidilib qarışdırılmalıdır.
Saxlama müddəti: 3 il
Fiziki-kimyəvi xassələri:
●Sarı rəngli şəffaf maye;
●рН (1%-li məhlul) – 11,5-13;
●Sıxlığı: 1,030-1,050 g/sm3 (20˚С);
Tövsiyyələr
Qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu ickilerin istehsalı və başqa muəssisələrdə, habelə , ictimai iaşə, ümumtəhsil və elmi, inzibati qurumlarda, yaşayış-kommunal, məktəb və məktəbəqədər uşaq müəssisələrində, tibbi-profilaktik və sanator-kurort, ticarət və biznes mərkəzlərində, otel komplekslərində, istehsal və anbar yerlərində və məişətdə istifadəsi tövsiyə olunur. Təmizləmə zamanı fərdi müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə çoxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.