- +994774800109
- AMEA YTP, Bakı, 622-ci küçə, 9
Qablaşma: 750ml, 5L
›› Kataloq › Professional klining › Sanitar otaqları › Proline Spark
PROLİNE Spark
Akril vanna və santexnika üçün təmizləyici vasitə
İstifadə qaydaları:
Vasitə istifadəyə hazırdır.
Sprey vasitəsilə səthə vurulur. Süngərlə sürtülür. Su ilə yuyulur.
İstifadədən öncə vasitəni səthin az nəzərə çarpan hissəsində səthin materialına mənfi təsir etmədiyinə əmin olun.
Turşuya həssas olan səthlər üzərində 30 saniyədən artiq saxlamaq olmaz.
Fiziki-kimyəvi xassələri:
● Sitrus ətirli, şəffaf maye;
● рН- 2;
● Sıxlığı: 1,015-1,020 g/sm3 (20˚С);
Tövsiyyələr:
Qatılma zamanı vasitə suya əlavə olunmalıdır, əksinə yox. Qələvi tərkibli vasitələrlə qarışdırmaq olmaz.
Qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu ickilerin istehsalı və başqa muəssisələrdə, habelə , ictimai iaşə, ümumtəhsil və elmi, inzibati qurumlarda, yaşayış-kommunal, məktəb və məktəbəqədər uşaq müəssisələrində, tibbi-profilaktik və sanator-kurort, ticarət və biznes mərkəzlərində, otel komplekslərində, istehsal və anbar yerlərində və məişətdə istifadəsi tövsiyə olunur. Təmizləmə zamanı fərdi müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə çoxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.