Qablaşma: 20L 

››  Kataloq  ›  Professional klining  ›  Professional mətbəx  ›  Proline Libra Shine

PROLINE Libra shine

Avtomatik qabyuyan üçün parladıcı

 

Özəllikləri: 

● Qabyuyan maşında yuyulmuş qabların səthi üzərində qala bilən qələvi qalıqlarını neytrallaşdırır; 

● Qabların yaxşı və tez qurumasını təmin edir; 

● Parladıcının davamlı istifadəsi qabyuyan maşının detalları üzərində kirəc əmələ gəlməsinin qarşısını alır; 

● Farfor, şüşə, plastik və paslanmaz metaldan hazırlanmış qab-qacaqlar üçün nəzərdə tutlmuşdur; 

● İstənilən codluqda su ilə istifadəyə yararlıdır.

 
İstifadə qaydası: 
Qabyuyan maşının manualına uyğun olaraq istifadə olunmalıdır. 
Orta sərfiyyat: 0,1-0,8 gr/l .
Xüsusiyyətləri: 
Tərkibi: Yumşaldılmış su, qeyri-üzvi turşuların kompozisiyası, səthi aktiv maddələr, üzvi həlledicilər, korroziya önləyiciləri, ətir. 
Saxlanma şərtləri: -30˚С ; +30˚С temperatur intervalında original qabda saxlanılmalıdır. Daşınma zamanı donmasına yol verilir. 
Saxlama müddəti: 3 il
 

Tövsiyələr:

İşlətməzdən öncə borular da daxil olmaqla, bütün sistem yuyululmalıdır ki, digər yuyucu vasitələrin qalıqları təmizlənsin. 

Qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu ickilerin istehsalı və başqa muəssisələrdə, habelə , ictimai iaşə, ümumtəhsil və elmi, inzibati qurumlarda, yaşayış-kommunal, məktəb və məktəbəqədər uşaq müəssisələrində, tibbi-profilaktik və sanator-kurort, ticarət və biznes mərkəzlərində, otel komplekslərində, istehsal və anbar yerlərində və məişətdə istifadəsi tövsiyə olunur. Təmizləmə zamanı fərdi müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə çoxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.