Qablaşma: 1L, 20L 

››  Kataloq  ›  Professional klining  ›  Sanitar otaqları  ›  Proline White

PROLINE White

Maye ağardıcı

 

Özəllikləri 

●Asan istifadə (ağları qaynatmağa ehtiyac qalmır)

●Sərfəli qiymət 

●Aşagı temperaturlarda effektiv ağardılma

●Universallıq (ağartmadan başqa həm də səthlərin dezinfeksiyası üçün istifadə olunur

 

İstifadə qaydası

Əl ilə yuma və islatma: 1.Yuyucu toz əlavə etmədən 40ml vasitəni 10 litr suya qatmalı. 2. Ağları 10 deqiqə islatmalı. 3. Soyuq suda yaxalayıb suyu dəyişməli. 4. Yuyucu toz əlavə edib adi qayda ilə yumalı.

Aktivator tipli maşınlarda yuma:

1. Yuyucu toz əlavə etmədən 100ml vasitəni 20 litr suya qatmalı. 2. Ağları yükləyib 10 deqiqə maşını işlətməli. 3. Soyuq suda yaxalayıb suyu dəyişməli. 4. Yuyucu toz əlavə edib adi qayda ilə yumalı.

Avtomatik paltaryuyan maşında: 

1. Ağları maşına yükləməli.2. Yuyucu tozu konteynerə əlavə etməli. 3. İslatma rejimininə keçib maşını işə salmalı. 4. Maşın tam dolmağa bir az qalmış 100ml vasitəni digər konteynerə tökməlı.

Cətin ləkələr üçün:

1. 60ml vasitəni 1 litr suda həll etməli. 2. Agları 30 deq islatmalı. 3. Soyuq suda yaxalayıb suyu dəyişməli. 4. Yuyucu toz əlavə edib adi qayda ilə yumalı.

Yuma və dezinfeksiya üçün: 

Bakterial infeksiyalar zamanı 20ml vasitə 1 litr suya qatılıb məhlul hazırlanır və ağlar bu məhlulda 30 deq saxlanılıb yaxşıca yaxalanır. Vərəm, virus və göbələk infeksiyalarında qatılma 60ml/1 litr, islatma müddəti 60 dəq olmalıdır. Səthlərin dezinfeksiyası üçün 100ml/1 litr su konsentrasiyası seçilməlidir. Unitazın dezinfeksiyası üçün 200ml vasitə tmiz halda tökülür, fırca ilə təmizləndikdən sonra su ilə yuyulur.

Xassələri

Tərkibi: deionizə su, natrium hidroksid, natrium hipoxlorit (aktiv xlorun miqdari 4,9%)  

Saxlama şərtləri: +10˚С до +25˚С temperaturda orijinal qablaşma saxlanılmalıdır. 

Uzun müddət günəş şüaları altinda və isti yerdə saxlamaq vasitənin effektivliyinin aşağı düşməsinə səbeb olur

Saxlama müddəti: 1 il

 

Tövsiyyələr

Digər yuyucu və təmizləyici vasitələrlə qarışdırmayın. İpək, yun, dəri üçün istifadə etməyin. Qaynatma üçün nəzərdə tutlmayıb.

Qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu ickilerin istehsalı və başqa muəssisələrdə, habelə , ictimai iaşə, ümumtəhsil və elmi, inzibati qurumlarda, yaşayış-kommunal, məktəb və məktəbəqədər uşaq müəssisələrində, tibbi-profilaktik və sanator-kurort, ticarət və biznes mərkəzlərində, otel komplekslərində, istehsal və anbar yerlərində və məişətdə istifadəsi tövsiyə olunur. Təmizləmə zamanı fərdı müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə coxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.