- +994774800109
- AMEA YTP, Bakı, 622-ci küçə, 9
Qablaşma: 420ml
›› Kataloq › Avtomobil kimyası › Mühərrik sistemi › Motor flush
Motor flush
Yağlama sisteminin təmizlənməsi üçün vasitə
Minik, yük avtomobilləri və avtobuslar üçün
Özəllikləri:
● İşlənmiş yağ qalıqlarını effektiv şəkildə özündə həll edib mühərrikdən xaric edir.
●Yeni yağın istismar müddətini artırır.
● Yağ dəyişən zaman mühərrik içərisindən çəxa bilməyən qalıq yağın miqdarını azaldır.
● Mühərrikin işə düşməsini, xüsusi ilə də soyuq havalarda, asanlaşdırır.
● Həm benzin, həm də dizel mühərrikləri üçün yararlıdır.
● Yanacaq sərfiyyatını azaldir.
● Mühərrikin resursunu artırır.
● Tərkibindəki qoruyucu qatqıların hesabına rezin hissələrə zərər vurmur.
İstifadə qaydaları:
- Mühərriki qızdırın;
- Yağı dəyişməzdən əvvəl mühərrikin içinə, işlənmiş yağın üzərinə əlavə edin;
- Mühərriki 5 dəqiqə ərzində işlədin;
- Muhərriki dayandırıb köhnə yağı boşaldın;
- Filtri dəyişib yeni yağ tökün.
Hər 10 min km-dən bir istifadə olunması məsləhət görülür. Vasitə 4-5 litr həcmində mühərriklər üçün nəzərdə tutulub
Xüsusiyyətləri:
Tərkibi: Karbohidrogenlər, üzvi həlledici, qatqı paketi.
Saxlama şərtləri: Orijinal qabda günəş şüalarından üzaq, -30°С; +20°С temperatur intervalında quru yerdə saxlanmalıdır.
Saxlama müddəti: 3 il
Fiziki-kimyəvi xassələri:
● Aşıq qəhvəyi rəngli maye;
● Alışma nöqtəsi: 33˚С
● Sıxlığı: 0,79 g/sm3 (20˚С);
Təhlükəsizlik şərtləri:
Diqqət: Zəhərli maddə!
Oddan təhlükəlidir. İstidən, qığılcımdan, açıq alovdan uzaq tutun.
Dəri ilə üzün müddətli təmasdan yayınmaq lazımdır.
Gözə düşdükdə çoxlu miqdarda su ilə yuyulmalıdır. Zərurət olarsa, həkimə müraciət olunmalıdır.