- +994774800109
- AMEA YTP, Bakı, 622-ci küçə, 9
Qablaşma: 5L, 20L
›› Kataloq › Industrial cleaning › Asidik vasitələr › Acida PAA-15
Kraft Acida PAA-15
Hidrogen peroksid və perasetik asid əsaslı köpüksüz dezinfeksiyaedici vasitə
Tətbiq sahələri:
● Əvvəlcədən yuyulmüş texnoloji avadanlığın, boruların, ultrafiltrasiya və əks osmos qurğularının, qabların, dövriyyə edən plastik butulkaların, qutuların, inventarın qapalı avtomatlaşdırılmış sistemlərdə (CİP) çiləmə, daldırma, sirkulyasiya metodu ilə aşağı temperaturlarda dezinfeksiyası;
● Avadanlıqların, otaqların, istehsal sahələrinin, anbarların, inkubatorların, heyvan və quşların saxlandığı yerlərin sanitar təmizlənməsi, o cümlədən, aerozol və həcmi dezinfeksiyası (+1C dərəcədən yuxarı soyuducu kameraları üçün ideal uyğun gəlir);
● Ərzaq vasitələri daşıyan nəqliyyat vasitələrinin dezinfeksiyası;
● Çirkab sularının və soyutma sistemlərindəki dövriyyə sularının zərərsizləşdirilməsi;
● Müxtəlif əşya və səthlərin biosidal təmizlənməsi;
● Təmaslı soyutma zamanı suyun və quş ətinin zərərsizləşdirilməsi (xlorsuz texnologiya);
● Yumurtaların qabıqlarının dezinfeksiyası;
● Yeni meyvələrin, təmizlənmiş və doğranmış tərəvəzin, göyərtinin mikrob çirklənməsnin azaldılması;
● Vasitə tam bioloji parçalanandır;
İstifadə qaydaları:
Xüsusiyyətləri:
Tərkibi: yumşaldılmış su, hidrogen peroksid, perasetik asid, sirkə turşusu
Saxlama şərtləri: -15˚С; +30˚С temperatur intervalında orijinal qablaşmada saxlanılmalıdır.
Saxlama müddəti: 1 il
Fiziki-kimyəvi xassələri:
● Kəskin qoxulu rengsiz, şəffaf maye;
● рН (1%) – 2,5;
● Sıxlığı: – 1,15 q/sm3(20˚С);
● Perasetik asidin xüsusi çəkisi: 14-16%.
Tövsiyyələr:
Qələvi tərkibli vasitələrlə qarışdırmaq olmaz.
Gözə və dəriyə, nəfəs yollarına düşdükdə vasitə təhlükəlidir. Təmizləmə zamanı fərdi müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə çoxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.
Məhsulun parçalanmasının qarşısını almaq məqsədi ilə vasitə ilə iş zamanı ərintisiz və aşağı ərintili poladdan, çuqundan hazırlanmış avadanlıq və qablardan istifadə edilməməldir. Vasitənin saxlanıldığı qablar ayrılan oksigenin çıxışını asanlaşdıran qurğu ilə təchiz edilməlidir.
Qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu ickilerin istehsalı və başqa muəssisələrdə, otel komplekslərində, istehsal və anbar yerlərində istifadəsi tövsiyə olunur.