Qablaşma: 750ml, 5L

››  Kataloq  ›  Professional klining  ›  Sanitar otaqları  ›  Proline Fungus

PROLİNE Fungus

Kif və maya göbələkləri əleyihinə antibakterial effektli vasitə 
 
Özəllikləri:
🔹 Kif və maya göbələkləri tərəfindən zədələnmiş keramik, plastik, rənglənmiş taxta səthlərin sanitar təmizlənməsi və ağardılması üçün uyğun gəlir
🔹 Qələvi tərkibli təmizləyici vasitə 
🔹 Güclü antibakterial effekt 
🔹 Səthi üzvi çirklənmələrdən təmizləyir, kiflənmə ocaqlarını və bakteriyaları məhv edir 
🔹 Tərkibində aktiv xlor vardır
🔹 Xoşagəlməz qoxuları aradan qaldıraraq özündən sonra xarakterik xlor qoxusu saxlayır
🔹 Ağardıcı effektə malikdir
 

İstifadə qaydaları:

Sprey vasitəsilə səthə vurulur. 3-5 dəqiqə sonra su ilə yuyulur. 

Xrom səthlər üzərində ehtiyatla istifadə edin.

İstifadədən öncə vasitəni səthin az nəzərə çarpan hissəsində səthin materialına mənfi təsir etmədiyinə əmin olun. 

Əl ilə yuyulmada çanaq və pissuarlarda konsentrat halında, 

başqa santexnika əşyaları və smesitellər üçün 1:100, duş kabinələri, vanna otaqları, kafel və metlaxdan olan döşəmə və divarlar üçün isə 1:50 - 1:100 nisbətində su ilə qatılaraq istifadə olunmalıdır. 

Kirlər təmizləndikdən sonra su ilə yuyulmalıdır. 

Xüsusiyyətləri:
Tərkibi: distillə olunmuş su, natrium hidroksid, natrium hipoxlorit, anion SAM, amfoter SAM.
Saxlama şərtləri: +1˚С; +25˚С temperatur intervalında orijinal qablaşmada, ərzaq vasitələrindən kənarda, quru yerdə saxlanılmalıdır 
Saxlama müddəti: 2 il
 

Fiziki-kimyəvi xassələri: 

● Xarakterik ətirli, şəffaf maye; 

● рН – 12; 

● Sıxlığı: 1,015-1,020 g/sm3 (20˚С);

 

Tövsiyələr:

Turşu tərkibli vasitələrlə qarışdırmaq olmaz. 

Qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu ickilerin istehsalı və başqa muəssisələrdə, habelə , ictimai iaşə, ümumtəhsil və elmi, inzibati qurumlarda, yaşayış-kommunal, məktəb və məktəbəqədər uşaq müəssisələrində, tibbi-profilaktik və sanator-kurort, ticarət və biznes mərkəzlərində, otel komplekslərində, istehsal və anbar yerlərində və məişətdəki vanna otaqlarında, hovuz, sauna, hamam və digər yüksək rütubətli, maya göbələkləri ilə zədələnmiş  yerlərdə istifadəsi tövsiyə olunur. Təmizləmə zamanı əlcək və başqa fərdi müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə çoxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.