- +994774800109
- AMEA YTP, Bakı, 622-ci küçə, 9
Qablaşma: 500ml, 1L, 5L
›› Kataloq › Industrial cleaning › Personalın gigiyenası › Flora Sept
Dezinfeksiya edici vasitə FLORA SEPT
Dezinfeksiya edici vasitə (əlllərin gigiyenası üçün antiseptik, əlcəklərin dezinfeksiyası)
Spirt tərkibli dezinfeksiyaedici vasitə əllərin gigiyenik təmizliyi və əllərə geyinilmiş əlcəklərin sanitar təmizlənməsi üçün nəzərdə tutulmuşdur.
İstifadə qaydaları:
İstifadəyə hazır vəziyyətdədir.
Həm əl ilə, həm də xüsusi dozatorların (dispenserlərin) köməyi ilə istifadə oluna bilər.
Profilaktika:
Əllər sabunla yuyulub qurulandıqdan sonra vasitədən 2-3ml götürülür və quruyuncaya qədər ovulur.
Vərəmin profilaktikası üçün 3ml vasitə 2 dəqiqə ərzində biləklərə vurularaq ovulmalıdır.
Personalın istifadə etdiyi əlcəklər vasitə ilə isladılmış 3 müxtəlif tamponla, 2 dəqiqə müddətində tam quruyana qədər sürtülməlidir.
5 saata qədər təsir göstərə bilir.
Dezinfeksiya:
● Qram-müsbət (vərəm mikobakteriyaları daxil olmaqla) və qram-mənfi bakteriyalara qarşı bakterisid.
● Dermatofitlər və Kandida göbələklərinə qarşı fungisid,
● B, C, D tipli parenteral hepatit, HİV virusuna, qrip ( o cümlədən A tipli H5N1 quş qripi və H1N1 donuz qripi), koronavirus, adenovirus, herpes virusuna və sitomeqalovirusa qarşı virulisid aktivlik göstərir;
Fiziki-kimyəvi xassələri:
● Xarakterik qoxulu rengsiz, şəffaf maye;
● Sıxlığı: 0,9 q/sm3(20˚С);
İstifadə sahələri:
● Əllərin gigiyenik təmizlənməsi;
● Qida və emal sənayesində, aqrokompleks işçiləri;
● Tibb idarələrinin personalı, təcili tibbi yardım maşınları;
● Laboratoriya (mikrobioloji, bakterioloji, virusoloji, immunoloji və s.) İşçiləri, aptek və aptek müəssisələri;
● Məktəb və məktəbəqədər müəssisələrin sosioloji təminat , sanator-kurort, hərbi və pentensiyar müəssisələrin tibbi işçiləri;
● Otel sektoru və ofis işçiləri, qida və sənaye bazalarında, ticarətdə ( o cümlədən pulla təmas olan), kommunal-məişət xidməti ( o cümlədən kosmetik salonlar və bərbərxanalar), mədəniyyət, idman müəssisələri;
● Yuxarıda sadalanan müəssisələrin personalının istifadə etdiyi əlcəklərin (neopren, nitril və spirtə davamlı digər materiallardan hazırlanmış) dezinfeksiyası və bakterial, virus göbələk infeksiyaları zamanı utilizasiyası;
Xüsusiyyətləri:
Tərkibi: Etil spirti 96%, distillə edilmiş su, qliserin, qoruyucu.
Saxlama şərtləri: -20˚С; +30˚С temperatur intervalında orijinal qablaşmada saxlanılmalıdır.
Yüngül opalessensiya və azacıq çöküntü olması normaldır. Saxlanma zamanı rəng dəyişikliyi ola bilər.
Saxlama müddəti: 3 il
Tövsiyələr:
Vasitə, həmçinin, məişətdə əhali tərəfindən də istifadə oluna bilər.
Kimyəvi cəhətdən havada və suda stabildir. Allergik təsirə malik deyil.
Təhlükəsizlik tədbirləri:
Açıq alovla təmasdan alovlanır. Təhlükəsizlik tədbirlərinə riayət olunmalıdır.
Günəş şüaları altında və qızdırıcı cihazların yaxınlığında saxlamayın.
Göz və ya selikli qişaya düşdükdə çoxlu miqdarda axar su ilə yuyulmalıdır.
Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.