Фасовка: 750ml, 5L 

››  Kataloq  ›  Professional klining  ›  Sanitar otaqları  ›  Proline DOS Gel

PROLINE DOS Gel

Vanna, duş kabinəsi, kafel, unitaz, keramik çanaq, döşəmə və divarların yuyulması, ağardılması və dezinfeksiya edilməsi ücün qələvi vasitə

 

Özəllikləri:

● Qatı formul sayəsində gel, səth üzərində daha uzun müddət qala bilir və daha effektiv təsir göstərərək vasitənin qənaətli sərfiyyatını təmin edir 

● Xüsusi secilmiş tərkibinə görə eyni zamanda iki istiqamətdə işləyir: 

●● Bərk səthləri atmosfer çirklənmələrindən, yağ və piy izlərindən, qida qalıqlarından və digər çirklənmələrdən effectiv təmizləyir

●● Tərkibində aktiv xlorun olması hesabına bakteriya, virus, kif, göbələk və onların sporlarını məhv edir

 

İstifadə qaydaları:

Vanna, unitaz və saxsı çanaqlarin təmizlənməsi ücün vasitə səth üzərində 2-3 dəqiqə saxlanılıb daha sonra su ilə yuyulmalıdır. 

Çətin əlçatan yerlər ücün xüsusi fırçalardan istifadə olunması məsləhət görülür 

Döşəmə və digər səthlərin təmizlənməsi ücün vasitə 

1:80 -1:100 (50-60 ml/5 litr nisbətində)  qarışdırılır.

Sonda su ilə yuyulmalıdır.

Xassələri: 

Tərkibi: distillə olunmuş su, natrium hidroksid, natrium hipoxlorit, anion SAM, amfoter SAM. 

Saxlama şərtləri: +10˚С ; +25˚С temperaturda orijinal qablaşmada saxlanılmalıdır. 

Uzun müddət günəş şüaları altinda və isti yerdə saxlamaq vasitənin effektivliyinin aşağı düşməsinə səbəb olur.

Saxlama müddəti: 1 il

 
Fiziki-kimyəvi xassələri:
● Xarakterik ətirli, şəffaf maye;  
● рН (konsentrat) – 11,5-12,0; 
● Sıxlığı: 1,08-1,09 g/sm3 (20˚С); 
● Aktiv xlorun miqdarı: 2-2.5%
 

Tövsiyyələr: 

Qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu ickilerin istehsalı və başqa muəssisələrdə, habelə , ictimai iaşə, ümumtəhsil və elmi, inzibati qurumlarda, yaşayış-kommunal, məktəb və məktəbəqədər uşaq müəssisələrində, tibbi-profilaktik və sanator-kurort, ticarət və biznes mərkəzlərində, otel komplekslərində, istehsal və anbar yerlərində və məişətdə istifadəsi tövsiyə olunur. 

Təmizləmə zamanı fərdi müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə ,çoxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.