Qablaşma: 23kg

››  Kataloq  ›  Industrial cleaning  ›  Qələvi vasitələr  ›  Alkaline CİP Chlor

Craft Alkaline Chlor CIP

Köpüksüz, qələvili dezinfeksiya edici yuyucu vasitə
 

Özəllikləri: 

● Texnoloji avadanlıqların daxili və xarici səthlərinin, vanna, sisterna, qurutma qüllələri, boruların, həmçinin transporter lentlərinin, inventarın, qabların, istehsalat və köməkçi otaqların döşəmə və divarlarının əl ilə və mexanikləşmiş yolla yuyulması və eyni zamanda dezinfeksiyası üçün nəzərdə tutulmuşdur; 

● Yeyinti sənayesi, ət və balıq emalı müəssisələrində, aqro-sənaye komplekslərində istifadə edilir; 

● Bağırsaq çöpləri qrupuna,stafilokok, streptokok, Pseudomonas aeruginosa, salmonella və kif göbələklərinə münasıbətdə aktivdir. 

 

İstifadə qaydaları: 

Konsentrasiya: 0,3-1% (avadanlığın vəziyyətindən və suyun codluğundan asılı olaraq) 

Temperatur intervalı: 40-80˚С 

Acida CİP vasitəsi ilə birlikdə istifadə olunur. 

Yüksək codluqlu suda işlədilə bilər.  

Xüsusiyyətləri:

Tərkibi: Yumşaldılmış su, disperqator, emulqator,  kaustik soda, , hipoxlorit, komplekson.  

Saxlama şərtləri: +5˚С; +25˚С temperatur intervalında orijinal qablaşmada saxlanılmalıdır. 

Donmasına yol verilir. Donduğu halda otaq temperaturuna qədər isidilib qarışdırılmalıdır. 

Saxlama müddəti: 1 il

 

Fiziki-kimyəvi xassələri:

● Açıq sarı rəngli, xlor qoxulu şəffaf maye; 

● рН- 10,5 - 12 (1%); 

● Ümumi qələvilik- 13,5-16,0%; 

● Sıxlığı: 1,2-1,3 g/sm3 (20˚С); 

● Aktiv xlorun miqdarı: 4,5-6,0%

 

Tövsiyyələr:

Turşu tərkibli vasitələrlə qarışdırmaq olmaz.

Qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu ickilerin istehsalı və başqa muəssisələrdə, otel komplekslərində, istehsal və anbar yerlərində istifadəsi tövsiyə olunur. 

Təmizləmə zamanı fərdi müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə çoxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.