- +994774800109
- AMEA YTP, Bakı, 622-ci küçə, 9
Qablaşma: 23kg
›› Kataloq › Industrial cleaning › Qələvi vasitələr › Alkaline Chlor Foam
Craft Alkaline Chlor Foam
Köpüklü, qələvili dezinfeksiya edici yuyucu vasitə
Özəllikləri:
● Texnoloji avadanlıqların daxili və xarici səthlərinin, qablaşdırma və doldurma avadanlığının, vanna, sisterna, qurutma qüllələri, boruların, həmçinin konveyer lentlərinin, inventarın, qabların, istehsalat və köməkçi otaqların döşəmə və divarlarının, nəqliyyat vasitələrinin səthləri əl ilə və mexanikləşmiş yolla yuyulması və eyni zamanda dezinfeksiyası üçün nəzərdə tutulmuşdur;
● Paslanmayan polad və digər qələvi davamlı səthlərin təmizlənməsi üçün tövsiyə olunur;
● Yeyinti sənayesi, ət və balıq emalı müəssisələrində, aqro-sənaye komplekslərində istifadə edilir;
● Zülal və yağ çirklərini təsirli şəkildə təmizləyir;
● Yüksək köpüklənmə, mükəmməl nəmləndirmə effektinə malikdir;
● Bağırsaq çöpləri qrupuna,stafilokok, streptokok, Pseudomonas aeruginosa, salmonella və kif göbələklərinə münasıbətdə aktivdir.
İstifadə qaydaları:
Əl ilə:
Konsentrasiya: 0,5-5% (avadanlığın vəziyyətindən və suyun codluğundan asılı olaraq)
Temperatur intervalı: 30-45˚С
Təsir müddəti: 10-20 dəq
Yüksək təzyiq aparatı ilə:
Konsentrasiya: 0,5-5%
Temperatur intervalı: 30-45˚С
Təsir müddəti: 10-20 dəq
Acida CİP vasitəsi ilə birlikdə istifadə olunur.
Yüksək codluqlu suda işlədilə bilər.
Xüsusiyyətləri:
Tərkibi: Yumşaldılmış su, disperqator, emulqator, kaustik soda, , hipoxlorit, komplekson, anion və qeyri-ion SAM.
Saxlama şərtləri: +5˚С; +25˚С temperatur intervalında orijinal qablaşmada saxlanılmalıdır.
Donmasına yol verilir. Donduğu halda otaq temperaturuna qədər isidilib qarışdırılmalıdır.
Saxlama müddəti: 1 il
Fiziki-kimyəvi xassələri:
● Açıq sarıdan qəhvəyiyədək rəngli, xlor qoxulu şəffaf maye;
● рН- >12 (1%);
● Ümumi qələvilik- 13,5-16,0%;
● Sıxlığı: 1,17 g/sm3 (20˚С);
● Aktiv xlorun miqdarı: 4,5-6,0%
Tövsiyyələr:
Turşu tərkibli vasitələrlə qarışdırmaq olmaz.
Qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu ickilerin istehsalı və başqa muəssisələrdə, otel komplekslərində, istehsal və anbar yerlərində istifadəsi tövsiyə olunur.
Təmizləmə zamanı fərdi müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə çoxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.