- +994774800109
- AMEA YTP, Bakı, 622-ci küçə, 9
›› Kataloq › Industrial cleaning › Asidik vasitələr › Acida CIP
Kraft Acida CIP
Turşulu, köpüksüz, xüsusi yuyucu vasitə
Özəllikləri:
● Yeyinti sənayesi müəssisələrində texnoloji avadanlıqların, rezervuarların, qida emulsiyalarının istehsalı xətlərində boruların, istilik-mübadilə cihazlarının, soyuducuların, separatorların, qarışdırıcıların təmizlənməsi üçün köpüksüz, xüsusi yuyucu vasitə;
● CİP (clean in place)-sirkulyasiyon yuma üçün nəzərdə tutulmuşdur;
● Mineral çirklənmələrin (ərp, kirəc, su daşı, süd daşı) aradan qaldırılması üçün hazırlanıb;
● Müntəzəm istifadə olunduqda təkrar çirklənmələrin qarşısını alır;
● Turşuyadavamlı materiallardan hazırlanmış bütün növ avadanlıqlar ücün istifadə edilə bilər;
● Avadanlıqların islağa qyulmaqla, fırçanın köməyi ilə əl üsulu ilə təmizlənməsi mümkündür.
İstifadə qaydaları:
CİP yuma üçün:
Qatılma miqdarı: 0,3-1%;
Temperatur: 20-60 ˚С;
Təsir müddəti: 10-15 deq.
Tövsiyə olunan qaatılma miqdarı suyun codluğundan, avadanlığın tipindən və vəziyyətindən asılıdır.
Xüsusiyyətləri:
Tərkibi: yumşaldılmış su, üzvi və qeyri-üzvi turşuların optimal kompozisiyası, qeyri-ion SAM (<5%), xüsusi qatqılar (<5%).
Saxlama şərtləri: +5˚С; +25˚С temperatur intervalında orijinal qablaşmada saxlanılmalıdır.
Saxlama müddəti: 3 il
Fiziki-kimyəvi xassələri:
● Xarakterik turşu qoxulu rengsiz, şəffaf maye;
● рН (1%) – 2;
● Sıxlığı: – 1,21-1,23 q/sm3(20˚С);
● Ümumi turşuluq: > 30,0%.
Tövsiyyələr:
Qələvi tərkibli vasitələrlə qarışdırmaq olmaz.
Qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu ickilerin istehsalı və başqa muəssisələrdə, otel komplekslərində, istehsal və anbar yerlərində istifadəsi tövsiyə olunur.
Təmizləmə zamanı fərdi müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə çoxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.