Qablaşması: 750ml, 5L 

››  Kataloq  ›  Professional klining  ›  Professional mətbəx  ›  Proline Termatic

PROLINE Termatic 

Yağ sökücü və his təmizləyici

 

Özəllikləri: 

● Yüksək köpüklənmə qabiliyyətinə malik qələvi tərkibli vasitə.

● Ət, toyuq və balıq emalı, çörəkbişirmə, şirniyyat sənayesində hisəvermə kameralarının, soba, termokamera, qril, mətbəx plitələri və manqalların  təmizlənməsi ücün nəzərdə tutulmuşdur.

● Yüksək islatma, təmizləmə, parçalama xassəsi var 

● Yağ-zülal yanıqlarını, his və qatranı effektiv şəkildə təmizləyir

● Qələviyə davamlı səthlər ücündür

● Yanğının nəticələrinin aradan qaldırılmasında da istifadə oluna bilər

 

İstifadə qaydaları: 

Əl ilə: 

Konsentrasiya – 2-3% 

Temperatur – 30-50˚С 

Təsir müddəti – 10-20 dəq 

Avtomatik metod (köpük dəsti və ya köpük generatoru vasitəsilə): 

Konsentrasiya – 2-5% 

Temperatur – 30-50˚С 

Təsir müddəti – 10-20 dəq 

İslağa qoyma: 

Konsentrasiya – 2-5% 

Temperatur – 30-50˚С 

Təsir müddəti – 10-20 dəq.

Xüsusiyyətləri: 

Tərkibi: Distillə olunmuş su, natrium hidroksid, qeyri-ion SAM (> 5%,  <15%), komplekson, anion SAM (<5%).

Saxlama şərtləri: +5˚С; +25˚С temperatur inntervalında orijinal qablaşmada saxlanılmalıdır. Donmasına yol verilir. Dondugu halda otaq temperaturuna qədər isidilib qarışdırılmalıdır.

Saxlama müddəti: 2 il 

 

Tövsiyyələr: 

Vasitənin konsentrasiyası cirklənmənin dərəcəsindən asılı olaraq, fərdi qaydada seçilir. İşçi məhlulun səth üzərində qurumasına yol verilməməlidir. Digər vasitələrlə, xüsusilə də turşu tərkibli vasitələrlə qarışdırmaq olmaz. 

Qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu ickilerin istehsalı və başqa muəssisələrdə, habelə , ictimai iaşə, ümumtəhsil və elmi, inzibati qurumlarda, yaşayış-kommunal, məktəb və məktəbəqədər uşaq müəssisələrində, tibbi-profilaktik və sanator-kurort, ticarət və biznes mərkəzlərində, otel komplekslərində, istehsal və anbar yerlərində və məişətdə istifadəsi tövsiyə olunur. 

Təmizləmə zamanı fərdi müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə , çoxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.