Qablaşma: 750ml, 5L

››  Kataloq  ›  Professional klining  ›  Sanitar otaqları  ›  Proline Spark

PROLİNE Spark

Akril vanna və santexnika üçün təmizləyici vasitə 

 

Özəllikləri:

🔹 Vanna, smesitel, çanaq, unitaz, kafel və metlax səthlər,  duş kabinələrini təmizləyir

🔹 Akril vannalar üçün məsləhət görülür 

🔹 Çirklənmənin daxili qatına nüfuz edərək onu parçalayır, sabun və kalsium ləkələrini, kirəc və pas izlərini aradan qaldırır

🔹 Effektiv tərkibi sayəsində səthlərin fırça ilə təmizlənməsinə ehtiyac qalmır 

🔹 Tərkibində abraziv maddələr olmadığından vanna və cilalanmış səthlərin cızılma təhlükəsi yoxdur

🔹 Səthə təmizlik və parlaqlıq verir, xoşagəlməz qoxuları aradan qaldırır, yüksək antibakterial xassəyə malikdir 

🔹 Vasitə tam bioloji parçalanir, ekoloji cəhətdən təhlükəsizdir.

 

İstifadə qaydaları:

Vasitə istifadəyə hazırdır. 

Sprey vasitəsilə səthə vurulur. Süngərlə sürtülür. Su ilə yuyulur. 

İstifadədən öncə vasitəni səthin az nəzərə çarpan hissəsində səthin materialına mənfi təsir etmədiyinə əmin olun. 

Turşuya həssas olan səthlər üzərində 30 saniyədən artiq saxlamaq olmaz.

Xüsusiyyətləri:

Tərkibi: distillə olunmuş su, oksalik və limon turşusu, anion SAM (> 5%,  <15%), komplekson, nonion SAM (<5%), ətir.

Saxlama şərtləri: 0˚С; +25˚С temperatur intervalında orijinal qablaşmada saxlanılmalıdır. 

Donmasına yol verilir. Dondugu halda otaq temperaturuna qeder isidilib qarışdırılmalıdır. 

Saxlama müddəti: 2 il

 

 

Fiziki-kimyəvi xassələri:

● Sitrus ətirli, şəffaf maye; 

● рН- 2; 

● Sıxlığı: 1,015-1,020 g/sm3 (20˚С);

 

Tövsiyyələr:

Qatılma zamanı vasitə suya əlavə olunmalıdır, əksinə yox. Qələvi tərkibli vasitələrlə qarışdırmaq olmaz.

Qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu ickilerin istehsalı və başqa muəssisələrdə, habelə , ictimai iaşə, ümumtəhsil və elmi, inzibati qurumlarda, yaşayış-kommunal, məktəb və məktəbəqədər uşaq müəssisələrində, tibbi-profilaktik və sanator-kurort, ticarət və biznes mərkəzlərində, otel komplekslərində, istehsal və anbar yerlərində və məişətdə istifadəsi tövsiyə olunur.  Təmizləmə zamanı fərdi müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə çoxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.