Qablaşma: 400ml

››  Kataloq  ›  Avtomobil kimyası  ›  Mühərrik sistemi  ›  Radiator flush

Radiator flush

Soyutma sisteminin təmizlənməsi üçün vasitə 

Minik, yük avtomobilləri və avtobuslar üçün 

 

Özəllikləri

● Radiator içərisindəki ərpi, antifrizin aşınma  məhsullarını, yağ izlərini və paslanmanı effektiv şəkildə təmizləyir 

● Mühərrikin normadan artıq qızmasının qarşısını alır 

● Antifrizin ömrünü 30-40% artırır 

● Metal, rezin və plastik detallara qarşı neytraldır 

● Tərkibindəki korroziya ingibitoru sayəsində radiatorun, pompa və termostatın resursunu artırır. 

 

İstifadə qaydaları: 

Hər antifriz dəyişilməsindən öncə istifadə olunması məsləhət görülür.

Soyuducu maye boşaldılmazdan əvvəl mühərriki soyudun. İstifadədən əvvəl silkələyin. 

Təmizləmə ardıcıllığı: 

1. Soyutma sistemini boşaldın. 

2. Vasitəni sistemə tökün və sistemı MİN xəttinə qədər su ilə doldurun.

3. Mühərriki işə salıb qızdıraraq 30 dəqiqə ərzində neytral ötürmədə çalışdırın. 

4. Yuyucu məhlulu boşaldın. 

5. Sistemə distillə edilmiş və ya adi təmiz su doldurun və  mühərriki işə salıb qızdıraraq 10-15 dəqiqə ərzində neytral ötürmədə çalışdırın. Ehtiyac olduqda 1-5 addımlarını təkrar edin. 

6. Sisitemə yeni antifriz doldurun. 

Qatılma miqdarı: 

Bir qab tutumu 8-10 litr olan soyutma sistemləri üçün nəzərdə tutulmuşdur.

Xüsusiyyətləri:

Tərkibi: distillə olunmuş su, komplekson, korroziya ingibitoru, funksional qatqı paketi.

Saxlama şərtləri: Orijinal qabda günəş şüalarından üzaq,  +1°С; +30°С temperatur intervalında quru yerdə saxlanmalıdır.

Saxlama müddəti: 3 il

 

Fiziki-kimyəvi xassələri: 

● Sarı rəngli maye; 

● pH göstəricisi: 9.7

● Sıxlığı: 1,03 g/sm3 (20˚С);

 

Təhlükəsizlik şərtləri: 

Diqqət: Zəhərli maddə! 

İstidən, qığılcımdan, açıq alovdan uzaq tutun. 

Dəri ilə üzün müddətli təmasdan yayınmaq lazımdır.

Gözə düşdükdə çoxlu miqdarda su ilə yuyulmalıdır.  Zərurət olarsa, həkimə müraciət olunmalıdır.