Qablaşma: 330ml

››  Kataloq  ›  Avtomobil kimyası  ›  Mühərrik sistemi  ›  Diesel jet cleaner

Diesel Jet Cleaner

Dizel mühərrikləri üçün injektor təmizləyici

 

Özəllikləri

● Bütün növ dizel mühərriklərinin təmizlənməsi üçün məsləhət görülür; 

● Bitum, mazut, lak qalıqlarını və digər aşınma məhsullarını effektiv şəkildə təmizləyir; 

● Hidrokompensatorların və hidrodartıcıların "yapışıb qalmasının" qarşısını alır;  

● Rezin manjet və aralıqlar yeniləyir 

● Mühərrikdə qalan köhnə yağ qalığını azaldır və yeni yağın istismar müddətini artırır

● Avtomobilin istismar göstəricilərini yaxşılaşdırır, mühərrikin gücünü artırır.

 

İstifadə qaydaları: 

  1. Yanacaq doldurmazdan əvvəl yanacaq çəninə boşaldın; 
  2. Yanacaq əlavə etmədən, sonadək işlədin. 

Hər 5 min km-dən bir istifadə olunması məsləhət görülür. 

 Bir qab 75 litr dizel yanacağına hesablanıb. 

Xüsusiyyətləri:

Tərkibi: Karbohidrogenlər, üzvi həlledici,  aromatik birləşmələr.

Saxlama şərtləri: Orijinal qabda günəş şüalarından üzaq,  -30°С; +20°С temperatur intervalında quru yerdə saxlanmalıdır.

Saxlama müddəti: 3 il

 

Fiziki-kimyəvi xassələri: 

● Sarımtıl şəffaf maye; 

● Alışma nöqtəsi: 63˚С 

● Sıxlığı: 0,81 g/sm3 (20˚С);

 

Təhlükəsizlik şərtləri: 

Diqqət: Zəhərli maddə! 

Oddan təhlükəlidir. İstidən, qığılcımdan, açıq alovdan uzaq tutun. 

Dəri ilə üzün müddətli təmasdan yayınmaq lazımdır.

Gözə düşdükdə çoxlu miqdarda su ilə yuyulmalıdır.  Zərurət olarsa, həkimə müraciət olunmalıdır.