Qablaşma : 750ml, 5L

››  Kataloq  ›  Professional klining  ›  Səth təmizləyiciləri  ›   › Proline Clear Steel 

Proline Clear Steel 

Metal səthləri parlatmaq üçün cilalayıcı vasıtə 

 

Özəllikləri:

● Paslanmaz poladdan hazırlanmış səthlərin (lift, soyuducu, aspirator, məhəccərlər və s.)  təmizlənməsi və parladılması üçün nəzərdə tutulmuşdur 

● Xrom və nikel səthlər üçün yararlıdır 

● Metal səthlərə yenilik görüntüsü verir 

● Barmaq izlərini və yağ ləkələrini təmizləyir 

● Səthə hidrofob (su itələyici) xassə verir.

 

İstifadə qaydaları: 

Vasıtə istifadəyə hazırdır.  

Güclü çirklənmələrin çox güclü olduğu hallarda xüsusi təmizləyicilərin vasıtəsi ilə səthə təmizləyin. 

Quru əsginin köməyi ilə vasitə səth üzərində parlaqləq yaranana qədər yayın. 

Su ilə qarışdırmayın.  

Orta sərfiyyat: 10-15ml / м2

 

Xüsusiyyətləri:

Tərkibi: yumşaldıılmış su, üzvi cilalayıcıların kompozisiyası, antistatik, konservant. 

Saxlanma şərtləri: qapalı qabda +5˚С-dan +30˚С-ə qədər temperaturda saxlamalı. 

Vasitə donandir. Donu acıldıqdan və yaxşı qarışdırıldıqdan sonra öz xassələrini bərpa edir. 

Saxlama müddəti: 3 il

 

Fiziki-kimyəvi xassələri: 

● Sıxlığı: 1,09 ± 0,02 q/sm³ (t = 20°C) 

● pH göstəricisi: 5,40 ± 0,20  

 

Tövsiyələr: 

Qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu ickilerin istehsalı və başqa muəssisələrdə, habelə , ictimai iaşə, ümumtəhsil və elmi, inzibati qurumlarda, yaşayış-kommunal, məktəb və məktəbəqədər uşaq müəssisələrində, tibbi-profilaktik və sanator-kurort, ticarət və biznes mərkəzlərində, otel komplekslərində, istehsal və anbar yerlərində və məişətdə istifadəsi tövsiyə olunur. 

Təmizləmə zamanı fərdi müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə çoxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.