Qablaşma: 330ml

››  Kataloq  ›  Avtomobil kimyası  ›  Mühərrik sistemi  ›  Cetane corrector

Cetane booster

Cetan ədədinin artırılması üçün qatqı

 

Özəllikləri

● Aşağı keyfiyyətli dizel yanacağını stabilləşdirir və setan ədədini yüksəldir; 

● Mühərrikin işə düşməsini, xüsusi ilə də soyuq havalarda,  asanlaşdırır; 

● His əmələ gəlməsinin, porşen halqaları üzərində və injektorlarda qurum yaranmasının qarşısını alır;  

● Yanacaq sərfiyyatını azaldir; 

● Mühərrikin resursunu artırır; 

● Yanacağın tam yanmasını təmin edir və tüstülənməni azaldır.

 

İstifadə qaydaları:  

Yanacaq doldurmazdan əvvəl yanacaq çəninə boşaldın

Qatılma miqdarı: 

Korreksiya üçün 50-60 litr/330ml

Stabilləşmə üçün 80-120 litr/330ml 

 

Xüsusiyyətləri:

Tərkibi: Karbohidrogenlər, üzvi həlledici, qatqı paketi.

Saxlama şərtləri: Orijinal qabda günəş şüalarından üzaq,  -30°С; +20°С temperatur intervalında quru yerdə saxlanmalıdır.

Saxlama müddəti: 3 il

 

Fiziki-kimyəvi xassələri: 

● Aşıq qəhvəyi rəngli maye; 

● Alışma nöqtəsi: 63˚С 

● Sıxlığı: 0,82 g/sm3 (20˚С);

 

Təhlükəsizlik şərtləri: 

Diqqət: Zəhərli maddə! 

Oddan təhlükəlidir. İstidən, qığılcımdan, açıq alovdan uzaq tutun. 

Dəri ilə üzün müddətli təmasdan yayınmaq lazımdır.

Gözə düşdükdə çoxlu miqdarda su ilə yuyulmalıdır.  Zərurət olarsa, həkimə müraciət olunmalıdır.