Qablaşma: 750ml, 5L

››  Kataloq  ›  Professional klining  ›  Səth təmizləyiciləri  ›  Proline Cement cleaner

PROLİNE Cement cleaner

Tikinti və təmir sonrası çirklənmələr üçün vasitə

 

Özəllikləri:

🔹 Sement və sement əsaslı məhlulların qalıqlarını, gips, tikinti yapışqanı, kirəc, duzlaşma izləri, pas ləkələri və digər mineral çirklənmələri turşuyadavamlı (qranit, keramik plitə, üzləyici plitələr, şüşə) səthlərdən effektiv təmizləyir

🔹 İz buraxmadan asanlıqla yuyulub aparılır

🔹 Suda yaxşı həll olur

🔹 Vasitə tam bioloji parçalanir, ekoloji cəhətdən təhlükəsizdir.

 

İstifadə qaydaları:

Çirklənmənin dərəcəsindən asılı olaraq qatılma miqdarı 1%-dən başlayır.

Təsir müddəti: 5-10 dəq. 

Məhlulun səth üzərində quruması yolverilməzdir. Su ilə yuyulub aparilmalıdır. 

İstifadədən öncə vasitəni səthin az nəzərə çarpan hissəsində səthin materialına mənfi təsir etmədiyinə əmin olun.

Xüsusiyyətləri:

Tərkibi: su, həlledicilər, səthi aktiv maddələr,üzvi və qeyri-üzvi turşuların qarışığı.

Saxlama şərtləri: -30˚С ; +30˚С temperatur intervalında orijinal qablaşmada saxlanılmalıdır. Donmasına yol verilir. Dondugu halda otaq temperaturuna qeder isidilib qarışdırılmalıdır.  

Saxlama müddəti: 2 il

 

Tövsiyyələr:

Qatılma zamanı vasitə suya əlavə olunmalıdır, əksinə yox. Qələvi tərkibli vasitələrlə qarışdırmaq olmaz.

Qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu ickilerin istehsalı və başqa muəssisələrdə, habelə , ictimai iaşə, ümumtəhsil və elmi, inzibati qurumlarda, yaşayış-kommunal, məktəb və məktəbəqədər uşaq müəssisələrində, tibbi-profilaktik və sanator-kurort, ticarət və biznes mərkəzlərində, otel komplekslərində, istehsal və anbar yerlərində və məişətdə istifadəsi tövsiyə olunur. Təmizləmə zamanı fərdi müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə çoxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.