Qablaşma: 1L, 5L 

››  Kataloq  ›  Professional klining  ›  Sanitar otaqları  ›  Biosan 

BİOSAN

Biotualetlər, mobil tualet kabinələri, bag sahələri və kənd evlərindəki avtonom (kanalizasiya xəttinə qoşulmamış) tualetlər üçün vasitə

 

Özəllikləri: 

●Kanalizasiya xəttinə qoşulmamış tualetlərdə və şambo tipli quyularda bioloji tullantıların konservasiyası və dezodorasiyası funksiyasını yerinə yetirir

●Geniş spektrdə bakteriya, kif və maya göbələklərinə qarşı yuksək bakterisid təsirə malikdir

●Bioloji tullantılarda çürümə və qıcqırma proseslərini dayandırır, bərk tullantıların həll edilməsinə səbəb olur ki, bu da qəbuledici kameraların daha asanlıqla təmizlənməsinə kömək edir

●Pis qoxuların intensivliyini azaldır

●Biotualetlərin, assenizasiya maşınlarının, zibil baklarının yuylması və dezinfeksiya edilməsi üçün yaralıdır

●Avtonom biotualetlərin yuyucu kameralarinda istifadə oluna bilər

●Vasitə tam bioloji parçalanandır

 

İstifadə qaydaları: 

Biotualetlər, mobil tualet kabinələri və şambo quyuları üçün:  

  1.  Yuyucu kameraya hər 10-15 litr su üçün 50-100ml vasitə qatılır
  2. Qəbuledici kameranın həcminin hər 10 litri üçün 20-30ml vasitə və 1litr su tökülür 
  3. Tullantıların zərəsizləşdirilməsi kamera dolduqdan sonra 30 dəqiqədən tez olmayaraq müddətdə baş verir.

Səthlərin yuyulması və dezinfeksiya edilmasi üçün: 

  1. İşçi məhlulun konsentrasiyası 1—2%  (100—200 ml/10 litr su). 
  2. Dezinfeksiya müddəti: 25—30 dəq.

Xüsusiyyətləri:

Состав: Dördüncü ammonium birləşmləlrinin optimal compozisiyası, yuyucu və dezinfeksiyaedici əlavələr. su, piqment, xüsusi aromat.

Xarici görünüşü: Şəffaf, mavi rəngli, xarakterik qoxulu maye. Saxlanma zamanı rəngi dəyişə bilər. 

Sıxlıgı: 1,02 ± 0,02 q/sm³,  t = 20°C 

рН göstəricisi: 5,70 ± 0,20 (distillə edilmiş suda 1%-li məhlul üçün)

Saxlama şərtləri: Qaranlıq və sərin yerdə +10,  +20°C temperatur intervalında sıx bağlı qabda saxlanmalıdır. Uzun müddət ərzində soyuq halda və ya isti şəraitdə qalmasına yol vermək olmaz.

Saxlama müddəti — 36 ay.

 

Tövsiyyələr:

Suda istənilən miqdarda həll olur. Ekoloji cəhətdən neytraldir. Tərkibində xlorlu birləşmələr, turşular,  həlledicilər və formaldehid yoxdur.Təmasda olduğu səthlərə hec bir mənfi təsir göstərmir, antikorroziya xassəsinə malikdir. Tərkibində toksik maddələr yoxdur. Yanıcı deyil, suda və havada kimyəvi cəhətdən stabildir.

 Təmizləmə zamanı fərdi müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə ,oxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.