Qablaşma: 1L, 5L

››  Kataloq  ›  Professional klining  ›  Professional mətbəx  ›  Proline Antiscale 

PROLINE Antiscale

 Suqızdırıcı cihazlar üçün ərp təmizləyici vasitə

 

Özəllikləri: 

● Plastik, şüşə və metaldan hazırlanmış suqızdırıcı cihazların (çaynik, kofe maşını, kuler, elektrik qaynadıcıları, buxar ütüləri və s.) ərpdən təmizlənməsi üçün nəzərdə tutulmuşdur; 

● Paltaryuyan və qabyuyan maşınlarda ərpə qarşı effektiv təsir göstərir; 

● 100% ekoloji təmizdir; 

● İstənilən codluqlu suda effektivdir; 

● Gələcəkdə ərp qatının əmələ gəlməsini ləngidir. 

 

İstifadə qaydaları: 

  • Suqizdırıcı cihazların təmizlənməsi: 

 ● Çaydan və suqaynadıcılar: 

Çaydan yarıya qədər doldurulub qaynadılır və şəbəkədən ayyrılır. Vasitədən 100-150 ml əlavə edilərək 30-40 dəqiqə gözlənilir (hava qabarcıqları bitənə qədər) və boşaldılır. Sonra çaydana təmiz su doldurularaq qaynadılır, boşaldılır və yaxşıca yaxalanır. Ərp qatı qalın olduqda, bu prosedur bir neçə dəfə təkrarlanır. 

● Kofe maşını: 

Kofe maşıınının rezervuarına 100 ml vasitə tökülüb üzərinə 500 ml  soyuq su əlavə olunur.  Maşın işə salınaraq 100ml məhlul axıdılır və sonra söndürülüb 30-40 dəqiqə gözləyərək məhlulun qalanı axıdılır. Daha sonra maşın 2 dəfə soyuq su ilə yaxalanır. 

● Buxar ütüləri: 

Buxar ütülərinin təmizlənməsi istehsalçı müəssisənin təlimatları əsasında həyata keçirilir. Prosesdən öncə ütü şəbəkədən ayrılmalıdır. Teflon örtüklü ütülərdə istifadə etmək olmaz. Su rezervuarına 30-40 ml vasitə tökülür və ilıq su ilə doldurulur. Sonra ütü "buxar" vəziyyətinə köklənərək ehmalca silkələnir ki, məhlul buxar deşiklərindən tam çölə axsın. Daha sonra püskürdücü düymə ilə məhlulun qalıqları rezervuardan xaric edilir və sonda 2 dəfə təmiz su ilə yaxalanır.

  • Paltaryuyan və qabyuyan maşınların təmizlənməsi: 

● Bu maşınların təmizlənməsi istehsalçı müəssisənin təlimatları əsasında həyata keçirilir. İşçi məhlulun konsentrasiyası 5-7% ( 1litr suya 50-70 ml vasitə).

Xüsusiyyətləri:

Tərkibi: distillə edilmiş su, üzvi turşular, korroziya əngəlləyicisi, konservant. 

Saxlama şərtləri: +1˚С; +20˚С temperatur intervalında orijinal qablaşmada, günəş şuaları birbaşa düşməyən yerdə saxlanılmalıdır. 

Saxlama müddəti: 3 il

 

Fiziki-kimyəvi xassələri:

● Üzvi turşular əsasında yuksək konsentrasiyalı maye; 

● Suda yaxşı həll olur; 

● Sıxlığı: 1.08 gr/sm3, t = 20°C;

● ph (1%)- 2.6.

 

Tövsiyələr: 

Preparat qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu içkilerin istehsalı və başqa muəssisələrdə, otel komplekslərində, ictimai iaşə obyektlərində, istehsal və anbar yerlərində istifadəsi tövsiyə olunur. 

Vasitə, həmçinin, məişətdə əhali tərəfindən də istifadə oluna bilər. 

Kimyəvi cəhətdən havada və suda stabildir. Allergik təsirə malik deyil.

 

Təhlükəsizlik tədbirləri: 

Yaxşı havalandırılan yerlərdə istifadə edin. 

Günəş şüaları altında saxlamayın. 

Göz və ya selikli qişaya düşdükdə çoxlu miqdarda axar su və ya 2-3 %-li içməli soda məhlulu ilə yuyulmalıdır. 

Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.