Qablaşma: 5L, 20L

››  Kataloq  ›  Industrial cleaning  ›  Qələvi vasitələr  ›  Kraft QAC

Kraft QAC

Dördlu ammonium birləşmələri əsasında qələvi yuyucu vasitə

 

Özəllikləri: 

● CİP (clean in place)-sirkulyasiyon yuma üçün nəzərdə tutulmuşdur; 

● Yeyinti sənayesi müəssisələrində dolum xətləri və bloklarının, boruların, butulkayuyan maşınların, soyuducuların, avtosisternlərin, müxtəlif qablaşmaların və rezervuarların sanitar vəziyyətinin yüksək səviyyəsini təmin etmək üçün yüksək qələvili, köpüksüz, xüsusi yuyucu vasitə; 

● Emal olunan səthlərdə codluq duzlarının çökməsinin qarşısını alır; 

● İsladıcı və dispersiya edici təsirə malikdir; 

● Üzvi və qeyri-üzvi qalıqları həll edir; 

● Çirklənmələri asanlıqla yuyub aparır; 

● İsti halda daha aktiv təsirə malikdirlər. 

 

İstifadə qaydaları: 

CİP yuma üçün: 

  • Səth öncə isti su ilə yuyulur; 
  • 0,4-3%-li məhlulu 40-65˚С temperaturda 10-15 dəqiqə ərzində sirkulyasiya edilir; 
  • Yuduqdan sonra avadanlığı soyuq su ilə yuyulur; 

Avadanlığın xarici səthinin yuyulması üçün: 

  • 1-2%-li məhlul səthə vurulur. 
  • 10-20 dəqiqədən sonra soyuq su ilə orta və ya güclu təzyiqlə yuyulmalıdır.

Xüsusiyyətləri:

Tərkibi: Yumşaldılmış su, disperqator, isladıcı, emulqator,  kaustik soda, komplekson.  

Saxlama şərtləri: 0˚С; +25˚С temperatur intervalında orijinal qablaşmada saxlanılmalıdır. 

Donmasına yol verilir. Donduğu halda otaq temperaturuna qədər isidilib qarışdırılmalıdır. 

Saxlama müddəti: 3 il

 

Fiziki-kimyəvi xassələri:

● Açıq sarı rəngli şəffaf maye; 

● рН- 12 (1%); 

● Ümumi qələvilik- 40% 

● Sıxlığı: 1,4-1,5 g/sm3 (20˚С); 

 

Tövsiyyələr:

Turşu tərkibli vasitələrlə qarışdırmaq olmaz.

Qida və qida emalı müəssisələrində, o cümlədən süd, ət, balıq emalı, alkoqolsuz və zəif alkoqollu ickilerin istehsalı və başqa muəssisələrdə, otel komplekslərində, istehsal və anbar yerlərində istifadəsi tövsiyə olunur. 

Təmizləmə zamanı fərdi müdafiə vasitələrindən istifadə edilməlidir. Dəri və ya selikli qişaya düşdükdə çoxlu miqdarda axar su ilə yuyulmalıdır. Zərurət olarsa həkimə müraciət edilməlidir. Uşaqlardan uzaq tutulmalıdır.